Xalq artisti Röya Ayxan əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin ölümündən danışıb.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan "Səni axtararıram" verilişində bu sözləri qeyd edib:
"Hər bir problemimdə yanımda olub. O mənə narahat olma, fikir vermə, keçəcək deyirdisə, o zaman yaxşı olurdum. Dünən axşam onunla danışmışam, onu itirməyi gözləmirdim. Mənim atam da xəstə olduğu üçün hər gün görüntülü danışırdıq. Çünki atamdan narahat idi. Mən gənc yaşımda çox ağır yüklərin altında qaldım. Bunu necə edəcəm bilmirəm. Uşaqlarını neynəyəcəm? Hamsı universitetə daxil olacaqlar? Necə olacaq? Mənə çox pis təsir etdi. O, ağırılarını, hamımızın dərdini ürəyinə salırmış. Yəqin ki, oğlu, həyat yoldaşı üçün çox darıxdı. Mən heç istəməzdim ki, o belə dərdli qadın olsun. Onu dərd apardı. Mənə deyir ki, sosial şəbəkədə sənin haqqında yazılan heç nəyə fikir vermə. Sən Yeni ili qeyd etmisən?! Mən bayram keçirsəydim ilk öncə Nailə Mirməmmədlinin yanına gedərdim. Deyirəm ki, Nailə xanım, 2021-ci il gəldi, oğluma dedim ki, fırlanıb dəli-dəli rəqs etmək istəyirəm. Mən bunu özüm üçün etdim. İstədim ki, il mənə yaxşı gəlsin".
Xalq artisti Nailə Mirməmmədlinin ürək tutmasından dünyasını dəyişdiyini bildirib: "Ürəyi partladı, ağzından qan gəldi. Həmişə Nailə xanımın yanında olmuşam, bu gündən sonra da artıqlaması ilə ailəsinin yanındayam. Onun böyük qızı mənəm və anamın ailəsinə də sahib çıxacam".
Qeyd edək ki, Nailə Mirməmmədli bu gün Qurd qapısı qəbiristanlığında dəfn edilib.