Vergidən yayınmaqda ittiham edilən türkiyəli aktyor Kıvanç Tatlıtuğun məhkəməsi baş tutub.
Teleqraf.com xəbər verir ki, aktyoru məhkəmədə vəkili Bumin Doğruöz təmsil edib.
Məhkəmənin qərarına əsasən aktyor bəraət qazanıb.
Qeyd edək ki, 2012-2013-cü illərdə sahib olduğu şirkətdə saxta qəbzlər vasitəsi ilə vergidən yayınmaqda ittiham olunan aktyorun 6 ildən 10 ilədək həbsi tələb edilirdi.