16 Fevral 2021 11:04
3 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Mətanət Əliverdiyevanın “Space” TV-də aparıcılıq etdiyi verilişin dayanma səbəbini açıqlayıb.

Mətanət Əliverdiyeva Teleqraf.com-a verilişin dekor dəyişikliyinə görə dayandığını bildirib: “Hazırda Türkiyəyə gəlmişəm. “Qız atası” serialının bəzi kadrlarını çəkirik. "Hər səhər Mətanətlə" verilişinin dekoru dəyişdirilir. Təmir işləri martın 1-dək bitsə, həmin tarixdə başlayacağıq.

Əks halda martın 8-də efirə çıxacağıq. Verilişimizi xanımlara həsr edəcəyik. Heç yerə getməmişəm. Dekor köhnə idi, ona görə bəzi dəyişiklər etmək üçün veriliş dayandı. Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim”.

Qeyd edək ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər səhər Mətanətlə” verilişi iki gündür yayımlanmır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər