Müğənni Zamiq Hüseynov ilə “Sivva”nın uzun zamandır hazırladığı “Dedilər”i təqdim olunub.
Teleqraf.com xəbər verir ki, xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiq Hüseynovun bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub. Bəstənin söz və musiqisi Sevinc xanımın özünə, aranjimanı Samir Şirinova, mix-masteri isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub. 70-80-ci illərin ab-havası yaradılan ekran işində cütlüyün tərzi, xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub.
Zamiqin obrazı “truba” ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb.
Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını xalq artisti Nübar Novruzova oynayıb.