Mədəniyyət Nazirliyi 77 yaşında dünyasını dəyişən xalq artisti Rəmişin (Rafiq Hüseynov) dəfn olunması ilə bağlı məlumat verib.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Rafiq Hüseynovun dəfn yerini ailəsi müəyyən edəcək. Dəfn mərasimində Mədəniyyət Nazirliyi iştirak edəcək".