Xalq artisti Röya Ayxan Azad Azərbaycan televiziyasında yayımlanan "Günün sədası" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb: "Altı il ailəli olmuşam. Çox gözəl həyat yoldaşı idi. Nə yaxşı oğlumu ondan dünyaya gətirmişəm".
Xalq artisti şəxsi həyatından da söz açıb: "Mən sevilməyi sevirəm. Həyatımda heç kim olmasa belə o enerjini yaradıram. Sənətimdən uzaq qalmışam deyə şəxsi həyatımı düşünə bilmirəm".
Qeyd edək ki, Röya Ayxan Anar Cəlilov ilə 2008-ci ildə ailə qurub. Cütlük 2014-cü ildə ayrılıb.