30 Oktyabr 2014 11:25
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada bir ay əvvəl itkin düşən 43 tələbənin ölüm əmrinin Guerrero ştatının bələdiyyə sədri Xose Luis Abarca Velazquezin xanımı Mariya de los Anceles Pinedanın verdiyi iddia edilir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan polis iddiaları doğrulayaraq, bələdiyyə sədri və xanımı haqqında həbs qərarı çıxarıb. Yayılan məlumatlara görə, Velazquez və Pineda bu qərardan dərhal sonra qaçmağa müvəffəq olublar. Onlar ölkənin hər yanında axtarılır.

Polisdən verilən açıqlamada bildirilir ki, hadisənin baş verdiyi vaxt Pinedaya xarici bir qrupun şəhərə girdiyini söyləyib və təhlükəsizlik orqanlarından bu şəxsləri vurmağı tələb edib. Ancaq etirazçı kimi qeyd edilən bu qrup paytaxtda təşkil olunan tədbirə qatılmaq üçün yola çıxan və İgualada istirahət edən günahsız tələbələr olub. Polis avtobuslarla səyahət edən tələbələrin qarşısını kəsərək atəş açmağa başlayıb. Hadisə yerində 6 şagird həyatını itirib. İddiaya görə, digərləri də polis tərəfindən Guerreros Unidos mafiyasının lideri Çuckyeyə təhvil verilib. Mafiya üzvləri öncə tələbələrə işgəncə verib, sonra isə onları diri-diri yandırıb. Bu hadisə sonra ölkədə baş verən etirazlar nəticəsində 22 polis saxlanılıb.

Ancaq mafiya lideri Çuckye həbs olunan polisləri buraxmağı tələb edib: “22 polisi buraxın, yoxsa bizim üçün çalışan bütün siyasətçilərin adlarını açıqlayacayıq. Ölkədə yenidən müharibə başlayacaq”.

Polis isə bu təhdidin ardından hərəkətə keçərək, Çuckyeni yaxalayıb. Dindirilmə zamanı mafiya lideri bələdiyyə sədri və xanımı ilə şərik olduğunu etiraf edib.

Samir


Müəllif:

Oxşar xəbərlər