Müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, son günlər səkkiz illik keçmiş sevgilisi Rza Zərrabla gündəmdə olan müğənni sosial şəbəkədə bu sözləri yazıb: "Məni mühakimə etmədən öz həyatınızı dəyərləndirin. Məni məhv edə, tükədə bilməzsiniz. Mən haqsızlıqlardan, kədərdən güclənmiş bir insanam".
Şəbəkə izləyiciləri Günel Zeynalovanın bu sözlərinin Rza Zərrab və Ebru Gündəşə ünvanlı olduğunu qeyd ediblər.
Qeyd edək ki, Ebru Gündəş həyat yoldaşı Rza Zərraba xəyanət iddiası ilə boşanma davası açıb.