24 Aprel 2021 14:12
3 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu ARB-də yayımlanan "Həmin Zaur" verilişində həyat yoldaşından ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu boşanma xəbərlərini şayiə adlandırıb:

"Həyat yoldaşım insanlara niyə maraqlıdır?! Həyat yoldaşımı hamı tanıyır. Şayiələr yayılır. Ötən gün ailəcə restoranda idik. Bizim gül kimi balamız var. Başa düşürəm həyatım maraqlıdır. Məni mahnılarıma, özümə görə sevsinlər. Məni niyə həyat yoldaşıma görə sevsinlər ki?!".

Qeyd edək ki, Şəbnəm Tovuzlu Hacı Ramil ilə evlidir. Cütlüyün Əli adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər