Xalq artisti Məleykə Əsədova doğum gününü qeyd edib.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova ad günü təəssüratlarını bölüşüb:
"Bu gün çox gözəl ananın və atanın qanından dünyaya gəlmişəm. Anamın, atamın ruhuna təşəkkür edirəm ki, məni sevgi dolu, əqidəli, vicdanlı böyüdüblər. Bu yaşımada da sağlam gəldiyim üçün sonsuz şükürlər olsun.
Mənə saysız-hesabsız mesajlar gəldi. Sevginizə görə təşəkkür edirəm. Sizlərin sevgisi məni sənətdə, həyatda ruhlandırır. Allah hər bir insanın qəlbinin mükafatını versin".