Aparıcı Hacı Nuran Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevi xəstəxanada ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran Ağadadaş Ağayev ilə fotosunu İnstaqramda paylaşıb:
"Məni görən kimi sevindi. Xəstəliklə mübarizə edən gördüm, əhvalı xoş idi. Ruhdan düşmək olmazdı. Çünki bilir ki, xərçəngə qalib gəlmək üçün ən böyük məlhəm insanın öz-özünə təskinliyidir. Onu həyat yoldaşı Pərvin xanım ruhdan düşməsinə qoymur. Ağadadaşa xəstə yatağını yaraşdırmadım. Özünə də dedim ki, sənə yataq yox, səhnə yaraşır".
Qeyd edək ki, Ağadadaş Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir.