31 Oktyabr 2014 18:18
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru Özcan Dənizin anası oğlunun həyat tərzindən şikayət edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər yüksək reytinq yığan “Taleyimin yazıldığı gün” serialında Qəhrəman rolunu canlandıran 42 yaşlı müğənniyə anası Kadriye Dənizdən sərt xəbərdarlıq gəlib.

Son sevgilisi Ayça Ayşin Turandan da ayrılan ifaçı anasını yaman əsəbləşdirib.

“Artıq evlənməyini, adam kimi ailənin olmasını istəyirəm. Evinə gələndə məni pişiyin yox, uşağın qarşılamalıdır. Gəlinim mənə qəhvə verəcək. Mən onları qucaqlayıb öpəcəm. Filmlərdə ata olursan. Amma həyatda yox. Onlar sənin deyil”.

Məşhur müğənninin isə anasının xəbərdarlığına sosial şəbəkədə belə cavab verib:

“Eyvah, anam bu gün çox əsəbləşib. Yavaş-yavaş uzaqlaşım burdan yoxsa vəziyyət yaman kritikdir”

Rüstəm


Müəllif:

Oxşar xəbərlər