Türkiyəli aktrisa Fəxriyyə Evcən autizimli uşaqlar üçün kömək istəyib.
Teleqraf.com xəbər verir ki, aktrisa doğum günündə şəbəkə izləyicilərini Türkiyə Autizmə Dəstək və Təhsil Vəqfinə dəstək olmağa çağırıb.
"İyunun 4-də doğum günümdür. Doğum günümdə mənə edəcəyiniz hədiyyəni vəqfə bağışlayın. Dəstəkləriniz üçün öncədən təşəkkür edirəm", - deyə qeyd edib.