Bir müddət əvvəl Moskvada koronavirusa yoluxan əməkdar artist Mətanət İsgəndərli səhhətindəki son vəziyyətdən danışıb.
Teleqraf.com xəbər verir ki, Mətanət İsgəndərli "Elgizlə izlə" verilişinə telefon vasitəsi ilə qoşulub:
"Mənim üçün narahat olan, dua edən hamıdan Allah razı olsun. Onların duaları məni həyata qaytardı. İnsanın qəlbinə yara vururlar, qəlbimizə toxunurlar, biz incəsənət adamları həssas insanlarıq. Biz heç kimə pislik etmirik. Hər zaman çalışırıq ki, kiməsə kömək edək, sevindirək. Bizim qəlbimiz qan ağlasa da gülmək məcburiyyətindəyik.
35 ildir səhnədəyəm, bəzən qəlbimə yara vururlar. O zaman immunitet düşür və xəstələnirəm. 21 gün reanimasiyada qaldım, kəfəni yırtdım. Məndə "panik-atak" xəstəliyi var. Bununla yanaşı bronxial-astmadan da əziyyət çəkirəm. Buna görə boğulurdum".
Qeyd edək ki, Mətanət İsgəndərli Moskvada xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.