Tanınmış aktrisa Nərgiz Əliyeva yeni fotosessiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, aktrisa dörd fərqli obrazda kamera qarşısla keçib.
Fotoların müəllifi fotoqraf Ruslan Nəbiyevdir. Nərgiz Əliyevanın layihəsinin çəkilişləri Bakının məşhur otellərinin birində reallaşıb.
Aktrisa bildirib ki, tez-tez fotosessiyalar etdirsə də, onları sosial şəbəkələrdə yaymır: “İndi insanlar tez-tez fotolar çəkdirib səhifələrində paylaşırlar. Hər bir instaqram istifadəçisi bir model olub. Əksəriyyəti də populyarlığa meyillidir. Düzdü, işimlə bağlı hesabımda paylaşımlar etməyə çalışıram. Amma bəzi məşhurlara görə instaqrama girmək istəmirəm. O qədər də həvəsim yoxdur.
Həftədə bir dəfə yadıma düşərsə, çox yox, bir paylaşım edərəm. Şəkil çəkdirməyi sevirəm, bəlkə də, bu, modellik keçmişimlə bağlıdır. Axı mən bu sahəyə model olaraq gəlmişəm. Bir çox müsabiqələrin qalibi, daha sonra Azərbaycan gözəli seçilmişəm. Lakin karyeramı yarımçıq qoymuşam. Uzun müddət təhsil alıb aktrisa kimi bu sahəyə qayıtmışam”.