16 İyun 2021 23:43
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın “Avroviziya-2014” təmsilçisi Dilarə Kazımova "Üzə-düz" verilişində şəxsi həyatı haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Dilarə Kazımova ikinci dəfə ailə qurmasından danışıb: "İkinci dəfə rəsmi nikah barədə dəqiq nəsə deyə bilmərəm. Ola bilər, yoxsa yox, qismətə qalıb. Deyərəm ki, ikinci dəfə evlənməyəcəm, bir də gördünüz iki aydan sonra ailə qurdum...

O ki qaldı qeyri-rəsmi nikahdan övlad dünyaya gətirməyə, bunu heç vaxt istəmərəm. Mənim üçün problem olmaz, amma uşağa görə yox! Nikah olmalıdır, istəmərəm ki, kimsə övladıma tənəli yanaşsın.

Elə ailələr də var ki, ər-arvad rəsmi nikahdadı, kişi qadını döyür, amma boşana bilmirlər. Bu uşaq və ana üçün böyük stressdir. Xoşbəxt deyillərsə, evlilik niyə davam etsin?.. Axı onlar yenidən başqa cür xoşbəxt ola bilərlər. Bütün dostlarım deyir ki, mən çox yaxşı ana ola bilərəm. Düzdür, tələbkar olacam, amma övladlmın üzərinə də çox getmərəm. Həyatda hər şey ola bilər, bəlkə də övladlığa uşaq götürərəm, öz övladım olsa belə.

Mən özüm də atasız böyümüşəm, o körpəyə demək istəyərəm ki, həyatın gözəl tərəfi də var. Bu çox böyük savab işdir".

İfaçı xəyanətdən də danışıb: "Çox sevsəm xəyanəti bağışlaya bilməyəcəm. Hər mübahisəmizdə üzərindən beş il keçsə belə ona göstərəcəm ki, bu söhbət hələ mənim beynimdədir".

Dilarə Kazımova keçmiş həyat yoldaşı haqqında isə bu sözləri deyib: "Onunla əlaqəm yoxdur. Türkiyədə yaşayır, arada danışırıq. Mənim öz dostlarım var. Onunla dostluq nəyə lazımdır ki? Bəlkə də uşağımız olsaydı, bir bağlantı ola bilərdi. Biz normal şəkildə ayrıldıq".

Qeyd edək ki, Dilarə Kazımova Mərt Aslan adlı şəxslə evli olub.


Müəllif: Rəqsanə Həsənova