23 İyun 2021 13:03
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Samir Cəfərov MTV Azərbaycan kanalında "Üzə-düz" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Samir Cəfərov sənətdəki çətinlikdən bəhs edib: "Bir daha şansım olsa, heç vaxt bu sənəti seçmərəm. Çox çətin sənətdir. Paxıllıqlar və sair... Düzdür, paxıllıq bütün sahələrdə var, amma bizim sahədə daha çoxdur. Bu sahə üzünə gülənlər, arxanca danışanlar sənətidir. Burada vicdanlı, şərəfli olmaq təəssüf ki, kök altındadır.

Baxmayaraq ki, xalq artistiyəm. Bu nüanslara görə hərdən sənətdən uzaqlaşmaq istəyirəm. Qəlbimi qırırlar, amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün deyil, sənət üçün çalışdım.

Mənə Rəşid Behbudovun, Bülbülün davamçısı deyirlər. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşid Behbudova və Bülbülə də çox böyük hörmətsizlik edir".

Samir Cəfərov xalq artisti Sevda Ələkbərzadədən də danışıb: "Azərbaycanda avropalılar üçün, dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. O, Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da ifasına əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm.

Sevda Ələkbərzadə onların edə bilmədiklərini edir və daha yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsaydı, o, dünyanı tutmuşdu. Onun tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?.."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər