24 İyun 2021 16:56
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İradə İbrahimova özündən çıxıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Türkiyədə yaşayan sənətçinin arıqladığı üçün tənqidlərə məruz qalması olub:

"Məndə səhv, nöqsan tapmağa çalışanlara səslənirəm. Öncə hər yaradılışda yaradanı gördüyüm üçün sizin "çox arıqsan, yaraşmır", "çökmüsən", "çirkinsən" və sair sözlərinizdən incidiyim üçün yazmadığımı qeyd etmək və acizanə səslənmək istəyirəm. Qızlar, təhsil alın, özünüzü tərbiyə edin, inkişaf edin. Heç kimin və heç nəyin sizi susdurmağına, bir tikə kimi udmağına icazə verməyin.

Sosial media sadəcə şəkil üçün istifadə etdiyimiz bir platforma deyil. Olmamalıdır! Qadın dediyimiz varlıq, sadəcə pal-paltar, makiyaj, gül-çiçək, oyuncaq, kukla deyil. Mənfi keyfiyyətlər də nümunə deyil. Oyanın! Başında beyin olmazsa, gözəlliyin bir qəpiyə dəyməz. Qadın haqqın nurudur, məxluq deyil. Qadın insanlığın, mədəniyyətin aynasıdır".

Xatırladaq ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyünün Əli adlı oğlu, İpək adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər