Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında yenidən qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, şairə Nazilə Səfərli "ATV Maqazin onlarla" verilişində "Rəqqasə Fatimə Fətəliyeva ilə yeddi-səkkiz dəfə küsüb, barışmısınız?" sualına belə cavab verib:
"Küsməmişik, dalaşmışıq. Qızı Aydan çox ağıllıdır. Ona deyib ki, Nazilə xanım düz deyir, yadındadır, biz onun bağına getmişdik. O demişdi ki, xınayaxdı mərasimində belə şeylər etmək lazımdır. Yadından çıxıb axı. Onu depressiyaya salmaq istəyirsənsə, hər gün xınayaxdı mərasimindən paylaşım et. O dayanmayacaq, özünə yeni dekor gətirəcək. Sosial şəbəkədə yalnız məni yox, hamını izləyir".
Şairə rəqqasənin yeni imicinə də söz atıb:
"Qaşını qaldırıb. "Fransız askısı" əməliyyatı etdirib, badam göz olub. Anam məni doğuşdan badam göz doğub, mən etməyəcəm".
Rəqqasə Fatimə Fətəliyevanın şairəyə cavabı gecikməyib.
O, sosial şəbəkədə canlı yayım açaraq şairənin ünvanına sərt sözlər deyib:
"Ona cavab vermək istəyirəm. Fatimə Fətəliyevanın şükür olsun ki, ağlı başındadır. Bu gün dünyaya gətirdiyi qızı ona ağıl versin?! Fatimə ağıllıdır ki, onun da övladı da ağıllıdır. Müsahibə verəndə səmimi danışın, özünüz olun. Demisiniz ki, xınayaxdı mərasimlərindən paylaşım edəndə onu depressiyaya salmaq olar. Fatimə niyə kimisə izləsin ki? Fatiməyə iş yoxdur? Qaş məsələsinə qalanda badam göz xanım mənə elə-belə göyçək Fatimə deməyiblər. Ömür boyu özümə baxan xanım olmuşam, incəlik, zəriflik, xanımlıq, səmimiyyət məndədir. Üzümü əməliyyat etdirmişəm, insan var ki, əməliyyatlar da ona kömək etmir. Mən bəziləri kimi kiminsə müğənnisini əlindən almıram".