Xalq artisti Röya Ayxan növbəti musiqi layihəsini təqdim edib. Məşhur müğənni Milli Sevgililər Günündə “Dolunay” adlı mahnısının premyerasını edib.
Teleqraf.com xəbər verir ki, sözləri və musiqisi Ceyhun Bayramlıya (Jay Hun) məxsus bəstə bu gün Yutub platformasına yerləşdirilib.
Aranjemanı Xalis Xana məxsus mahnıda saksafonda Lütfiyar Əliyev ifa edib.
Eyni zamanda “Dolunay” “Musıc”, “Spotify”, “Deezer” kimi musiqi platformalarında da dinləyicilərin ixtiyarına verilib.