Türkiyəyə istirahətə yollanan əməkdar artist Könül Kərimova sosial şəbəkədə təhqirlərə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Bodrumda istirahət edən Könül Kərimova çimərlik geyimindəki fotosunu İnstaqramda paylaşıb.
İfaçının fotosu şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbəkə izləyicilərindən biri Könül Kərimovanın ünvanına "Utanmasan, oynamağa nə var. Heç yaşınızdan, başınızdan utanırsınız? Abır-həyanı niyə tamamilə tərk etmişiniz?", - şərhini yazıb.
Bu isə müğənnini özündən çıxarıb:
"Yaşından da, olmayan başından da sən utan. Ay xəstə, murdar, anormal! Burada utanılacaq nə var!? Ayıb sənə olsun ki, durduğun yerdə camaatı təhqir edirsən. Başına da mən boyda daş düşsün, qalasan altında. Bildin?".