4 İyul 2021 13:56
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov və qızı, əməkdar Artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbaycan xalq musiqisi nümunələri ilə tamaşaçıların könlünü oxşayıblar.

Qeyd edək ki, konsert bu gün də davam edəcək.

Xatırladaq ki, xalq artisti, "Şöhrət" ordenli sənətkar Alim Qasımov 1999-cu il noyabrın 19-da UNESCO-nun beynəlxalq musiqi mükafatına layiq görülüb. Onun qızı Fərqanə Qasımova isə iki dəfə - 2012 və 2014-cü illərdə Azərbaycan müsiqisinin təbliğinə görə prezident mükafatlarına layiq görülüb.


Müəllif: Rəqsanə Həsənova