Türkiyənin məşhur aktrisası Aydan Şener istirahətə yollanıb.
Teleqraf.com xəbər verir ki, 58 yaşlı Aydan Şener çimərlik geyimində fotolarını İnstaqramda paylaşıb.
Aktrisa paylaşımına "Bütün istəklərinizin gerçəkləşəcəyi bir həftə arzu edirəm", - deyə qeyd edib.
Sənətçi ideal bədən quruluşu ilə hər kəsi təəccübləndirib.
Qeyd edək ki, Aydan Şener "Çalıkuşu" serialı ilə tanınıb.