Aparıcı Lalə Azərtaş Qax rayonunda istirahət edən Xalq artisti Arif Babayevi ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Lalə Azərtaş Arif Babayev ilə fotosunu İnstaqramda paylaşaraq Xalq artistinin səhhətinin yaxşı olduğunu deyib:
"Qaxda onun qonağı olacağıma söz verdim. Gəldim və xalqın sevimli oğlu Arif Babayevə baş çəkdim. Səhhəti lap yaxşıdır, hamıya salamı var".
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. O, yaxın günlərdə Türkiyədən müalicədən qayıdıb. Onun 83 yaşı var.