Müğənni Samir Bağırov MTV Azərbaycan kanalında yayımlanan "Ziq-zaq" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Samir Bağırov Aygün Kazımovanın ona dəstək olmadığını bildirib:
"Heç bir məşhur mənimlə əlaqə saxlamayıb. Hərdən İnstaqramda paylaşımımı "like" edirlər. Heç kimlə əlaqəm yoxdur. Şou-biznesdə dostluq yoxdur. Həyatda tamamilə başqa vəziyyətdir, bir-birini qırırlar. Mən Aygün Kazımova ilə layihə etmək istəyirdim. "Jara" festivalı zamanı idi. Onunla danışırdım, görüşürdüm. Deyirdim ki, bacı, mənə kömək et, təzə mahnı oxuyum. Vəziyyət yaxşı deyil, mahnı almağa maddi imkanım yoxdur. Axı, mən ulduzam, pulsuz mahnı verən yoxdurmu?!
Cavab verdi ki, nə danışırsan, pulsuz mahnı mümkün deyil. Mən Aygün xanımdan incimirəm, özümü günahkar hesab edirəm. Çoxdan başa düşməli idim ki, şou-biznesdə dost yoxdur".
Müğənni Rəqsanə İsmayılovanın da iç üzünü açıb: "Onunla görüşdük, mənə kömək etmək istəyirdi, yenidən səhnəyə çıxım, mahnı oxuyum və s. Restoranda görüşdük, bilmirdim ki, orada çəkiliş olacaq. Gözləmirdim və xoşuma gəlmədi. Bu haqda danışmaq istəmirəm".