Əməkdar artist Yaqub Zurufçu koronavirusa yoluxaraq "Yeni Klinika"nın reanimasiyaya şöbəsinə yerləşdirilib.
Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu Teleqraf.com-a açıqlamasında Yaqub Zurufçunun səhhətində irəliləyiş olmadığını deyib.
"Səhhətində dəyişiklik yoxdur. Bu gün reanimasiyaya yerləşdirilib. Bir həftə əvvəl koronavirusa yoluxub", - o bildirib.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva əməkdar artistin müalicəsini öz üzərinə götürüb.