Məşhur türkiyəli müğənni Hadisə “Prenses” mahnısının klip çəkilişi zamanı görüntülənib.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçi Seda Sayanın oğlu Oğulcan Enginlə eşq yaşamaları ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib:
“Mən gecələr əyləncələrə çıxmağı o qədər də xoşlamıram. Həmin gün dostlarımla birlikdə şam etmişdik. Əyləndik, rəqs etdik, vəssalam. Ürəyimdə heç kim yoxdur”.
Hadisə klipi üçün mini gəlinlik geyinsə də toyunda əsla belə bir libas geyinməyəcəyini söyləyib.
Teleqraf.com klip çəkilişindən olan fotoları təqdim edir :
Rüstəm