Gömrük Hospitalına köçürülən müğənni Səyyad Əizadənin səhhəti ağır olaraq qalır.
Bu haqda Teleqraf.com-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
O, qeyd edib ki, Səyyad Əlizadənin səhhətində dəyişiklik yoxdur: "Səhhəti stabildir. EKMO cihazına qoşuludur, beş-altı gündən sonra nəticə verməlidir".
Qeyd edək ki, müğənni Zığda yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.