2 Oktyabr 2021 23:48
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin keçmiş həyat yoldaşı, iş adamı Rza Zərrabın yeddi mərtəbəli binası xarabalığa çevrilib.

Teleqraf.com xəbər verir ki, Beyoğlunda yerləşən "Royal Holding"in binası evsizlərin və oğruların məskəninə çevrilib. Binanın qapı və pəncərələri sökülərək oğrular tərəfindən satılıb.

Binada əvvəl mühafizəçilər yaşayıb. Onlar daha sonra işdən çıxarılıblar.

Qeyd edək ki, Rza Zərrab binanın tikilişinə 5 milyon lirə sərmayə yatırmışdı.


Müəllif: Rəqsanə Həsənova