Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirunovun oğlu Ümidlə nişanlanıb.
Teleqraf.com xəbər verir ki, əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə Natiq Şirinovun oğlu ilə nişan masasına əyləşib.
Bu haqda Alim Qasımov məlumat verib: "Gözəl nəvəm Fatimə və oğlum Ümid, Allah sizi xoşbəxt etsin. Sevginiz daim olsun. Bütün subaylara gözəl ailə həyatı arzu edirəm".
Fərqanə Qasımova Teleqraf.com-a açıqlamasında belə deyib: "Nişan mərasimi ailə daxilində oldu. Toy mərasiminin nə zaman olacağını hələlik bilmirəm".