Aparıcı Turan İbrahimov ilə vizajist həyat yoldaşı Nərmin İbrahimova evlilik ildönümlərinin 13-cü ilini qeyd ediblər.
Teleqraf.com xəbər verir ki, Nərmin İbrahimova İnstaqramda toy mərasimindən foto paylaşıb.
"Sənin kimi həyat yoldaşım və iki balamın atası olduğu üçün Allahımdan çox razıyam. Səni və ailəmi çox sevdiyimi özün bilirsən. Çox uzun yazmayacam. Evliliyimizin 13 ili mübarək olsun!"