8 Dekabr 2021 13:06
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan aparıcı Fulya Öztürk xəstəxanadan azərbaycanlılara təşəkkür edib.

Teleqraf.com-un xəbərinə görə, Fulya Öztürk "Xəzər" TV-yə müsahibə verib.

O, səhhətinin yaxşılaşdığını bildirib: "Allaha şükür, artıq səhhətim yaxşıdır. İkinci dəfə koronavirusa yoluxdum. Virusun simptomları bir həftə öncə özünü göstərdi. Heç kimin üzülməsini istəmədiyimə görə koronavirusa yoluxduğumu gizlətmək istədim.

Baş ağrılarım var idi, nəfəs almaqda çətinlik çəkirdim. Amma artıq yaxşıyam, bu günümə çox şükür. Hamınızı öpürəm, Allaha əmanət olun, bütün Azərbaycana "salam" göndərirəm, yaxşı ki, varsınız".


Müəllif: Rəqsanə Həsənova