Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, Dilan Çıtak Bakıya sevgilisi Levent Dörter ilə gəlib.
Şəhərimizdə məkanların birində səhnəyə çıxan Dilan Çıtak konsertdən öncə xalq artisti Tünzalə Ağayeva ilə görüşüb.
"Azərbaycan bizim vətənimizdir. Buraya gəldiyimizə görə çox xoşbəxtik. Azərbaycanlılar çox qonaqpərvərdirlər və isanların mehriban və səmimi olması möhtəşəm bir hissdir", - deyə o, qeyd edib.
Dilan Çıtakın saç və makiyajını isə stilist Anar Ağakişiyev edib.