14 Yanvar 2022 15:54
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elton Hüseynəliyev Azad Azərbaycan Televiziyasında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elton Hüseynəliyev həyat yoldaşı, prodüser Tamilla (Toma) Hüseynəliyeva haqqında bu sözləri qeyd edib: "Borc sözü qaytarıla biləcək anlam kəsb edir. Qaytara bilməyəcəyim borc isə həyat yoldaşım Tamillayadır. Biz ailə qurana qədər bütün uğurlarım bu xanıma aiddir. Həmişə güzəştə gedib, aramızda olan incikliyi bağışlayıb".

Müğənni "Həyatınızda peşmançılıq yaşamısınızmı?" sualına "Biz səhv edə bilirik. Amma əsl insan odur ki, səhvini başa düşür və peşman olur. Peşmançılıq insanlıq deməkdir", - deyə cavab verib.

Elton Hüseynəliyev xalq artisti Brilliant Dadaşova ilə münasibətindən də söz açıb:"O mənim müəllimim olub, sənətində bəhrələnmişəm. Efirdə bilmədən bir söz işlətdim, amma sonra məclislərin birində barışdıq. Səhv etdim və üzr də istədim. O da böyüklüyünü göstərdi, hər şey olduğu kimi davam elədi".

Elton Hüseynəliyev kişilərin estetik əməliyyat etməsindən də danışıb: "Burun əməliyyatı keçirmişəm. Çəpər əyriliyi var idi, nəfəs ala bilmirdim. Kişi estetik əməliyyat etməməlidir. Səhnənin adını çəkib istifadə etmək lazım deyil. Estetik əməliyyat, botoks və sair kişi üçün deyil, qadınlar üçündür.

Yaxın günlərdə bir məclisdə idik, oraya Rafet El Roman gəlmişdi. Bir anlıq elə bildim ki, bizi aldadıb məclisə başqa adamı gətiriblər. Yanaqlarına nəsə etmişdi, sanki vurub şişirdiblər".


Müəllif: Rəqsanə Həsənova