Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verməsinin səbəbini açıqlayıb.
Dəniz Əsədova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Yalnız Cabbar Musayevi yox, onunla münasibətdə olan Nigar xanımı da məhkəməyə vermişəm. Buna səbəb həmin xanımın və Cabbar Musayevin məni sosial şəbəkədə əxlaqsız kimi təqdim edib, şər-böhtan atmalarıdır.
Mən Cabbar Musayevdən bəzi mahnıları öyrənmişəm. O zaman həmin xanımı mənə sevgilisi kimi təqdim edib. Sevgilisi kimi təqdim etdiyi xanımın isə gələcəkdə müğənni olacağını bilmişəm. Cabbar Musayev ona mahnılar yazacaq, dəstək olacaq. Xanımı dörd dəfə görmüşəm və onunla heç bir şəxsi münasibətim olmayıb. Xanımın mənə qoyduğu şərt odur ki, müğənni olmayım. Müğənni olsam xalqa əxlaqsız kimi tanıdacaq.
Mənim də arxivimdə şükür Allaha başımı aşağı sala biləcək heç bir hərəkətim yoxdur. Özümə və əxlaqıma güvənərək bu addımı atmışam. Və qarşı tərəfin cəzasını almasını istəyirəm. Çünki mən elə bir səhv etməmişəm ki, kimsə məni ittiham etsin. Kimsə mənə şərt qoya bilməz ki, müğənni olma! Bu şərti mənə ancaq ailəm qoya bilər.
Dediyim kimi xanımın şərti odur ki, mən müğənni olmayım. Onun mahnı almağa, klip çəkdirməyə, efirə çıxmağa maddi imkanı yoxdur. Paxıllıq edir. Buna şərait yaradan isə Cabbar Musayevdir. Eləcə də Cabbar Musayev məni söyüb"
Qeyd edək ki, iddiaya yanvarın 24-də Binəqədi rayon Məhkəməsində baxılacaq.