Türkiyəli aparıcı Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, Şafak Mahmutyazıcıoğlu gecə saatlarında İstanbulun Bakırköy səmtində balıq restoranında naməlum şəxslərin silahlı hücuma məruz qalıb.
Hücumdan sonra xəstəxanaya aparılan Şafak Mahmutyazıcıoğlu müdaxilələrə baxmayaraq həyatını itirib. Qanitirmədən dünyasını dəyişən vəkilə yeddi dəfə atəş açılıb.
Ece Erkenin rəfiqəsi Bircan Bali isə "Söylemezsem Olmaz" proqramında aparıcı ilə əlaqə saxlaya bilmədiklərini və vəkilin ölüm xəbərindən sonra onun yoxa çıxdığını açıqlayıb.
Vəkilin nəşi Ədliyyə Nazirliyin Tibb İnsitutunda saxlanılır.