21 Noyabr 2014 15:05
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyalı müğənni Lana Del Rey Tim Bartonun rejissorluğu ilə çəkilən "İri gözlər" ("Big eyes") filmi üçün iki soundtrek bəstələyib.

Teleqraf.com xəbər verir ki, bəstələdiyi mahnıları özü də ifa edən Lananın bəstələrindən biri filmin adı ilə eynidir. Həmin mahnı dramatik janrda çəkilmiş ekran işinin əsas soundtrekidir. Filmin sonunda səsləndiriləcək digər parça isə "Uça bilirəm" ("I Can Fly") adlanır.

Xatırladaq ki, L. D.Rey bundan öncə də daha iki - "Böyük Qetsbi" və "Malefisenta" filmləri üçün soundtreklər yazıb.

Rüstəm


Müəllif: