Amerikada yaşayan erməni əsilli televiziya ulduzu Kim Kardaşyan 1 yaşlı qızı ilə bağlı maraqlı açıqlama verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə verdiyi çılpaq pozaları ilə gündəmə gələn Kardaşyan Avstraliyanın Perz şəhərində yayımlanan radioya müsahibə verib. 34 yaşlı ulduz qızına hər işində dəstək verəcəyini bildirib. O, "Gələcəkdə qızım Norza hər cür dəstək verəcəyəm. Əgər qızım da gələcəkdə çılpaq poza vermək istəsə, buna qarşı çıxmayacam" söyləyib.
Rüstəm