21 Noyabr 2014 16:50
521

Məşhur “Oskar”, “Emmi” və “Qremmi” mükafatlarının sahibi, 83 yaşlı Mayk Nikols Manhettendə infarktdan dünyasını dəyişib.

Teleqraf.com məlumatına görə, rejissorun ölümü barədə Amerikanın “ABC News” kanalını xəbər verib. M.Nikols Elizabet Teylor və Riçard Bartonun çəkildiyi məşhur “Virciniya Vulfdan kim qorxur?” filminin rejissorudur.

O, “Məzun” filminə görə “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Dastin Hoffman məhz bu filmə görə populyar olub.

Rüstəm


Müəllif:
Загрузка...