Müğənni Nura Suri sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nura Suri Azad Azərbaycan Televiziyasında yayımlanan "Bizimləsən" verilişində baş verən hadisəyə münasibət bildirib.
Müğənni bildirib ki, Zaur Baxşəliyevin aparıclıq etdiyi "Bizimləsən" verilişində təqdim edilən problemin ictimailəşməsi düzgün deyil: "Bizimləsən" verlişində neçə vaxtdır bir mövzu uzana-uzana gedir. Deməli, bir qadın uşağı doğub başqa bir qadının üstünə atıb. 19 il uşağı axtarmayıb. Həmin qadın da o uşağı öz övladı kimi böyüdüb, uşaq da bilmir ki, atılıb. İndi verlişdə deyirlər ki, uşaq bilməlidir, anasını tanımalıdır. Ay insanlar, bu, nə münasibətdir? Bu məsələni açmaq cinayətdir (Maddə 175 - övladlığa götürmə sirrini yayma). Hətta insafsızlıqdır. Belə hadisələri görüb, heç kəs atılan uşaqları övladlığa götürməz, riskə getməz. Bu məsələni açmaq, uzatmaq olmaz. Uşaq böyütmək asandır? Onu böyüdən qadının əziyyətinə hörmət qoyun. Olmaz belə!
Uşaqlarını atan insanların 2-3 ildən sonra səhvlərini anlamasını başa düşmək olar. 19 ildən sonra isə başa düşüləsi heç nə yoxdur".