25 Fevral 2022 23:56
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam əməkdar incəsənət xadimi Məlahət Abbasovanın Ukrayna prezidenti Vladimir Zelenski haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqram səhifəsində bu sözləri qeyd edib: "Məlahət Abbasova, öncə deyim ki, istənilən insan ölkə başçısı ola bilər. Prezident olmaq üçün xüsusi ali təhsil müəssisəsi yoxdur. Azərbaycan tərəfindən bu cür yanaşma istəməzdim. Heç olmasa sakit oturun. Ronald Reyqan həm yaxşı aktyor, həm də yaxşı prezident olub. Amerika kimi böyük dövlətdə iki dəfə seçilib. Belə həssas dönəmdə kimsə səhv danışa bilər. Amma bunu ictimailəşdirmək düzgün deyil".

Qeyd edək ki, Məlahət Abbasova Ukrayna prezidenti haqqında "Vladimir Zelenski aktyor, ssenarist və rejissordur. Siyasət onun işi deyildi. Komediya aktyoru, siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar?! Adam deyərlər ki, get aktyorluğunu et. Əlbəttə ki, müharibədə yalnız qalacaqdı",-deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər