22 Noyabr 2014 10:25
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor Pol Qrinqrass Corc Oruelin məşhur romanı “1984”-ü ekranlaşdırmaq qərarına gəlib.

Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, ssenarisini Ceyms Qrem yazacağı film “Sony Pictures” tərəfindən ekranlaşdırılacaq. Lakin filmin çəkiliş tarixi hələ ki, bəlli deyil.

Qeyd edək ki, romanın mövzusu dünyada hökm sürən aramsız müharibələr və ümumxalq inamsızlığı haqqındadır. Burada şəxsi həyatları haqda belə düşünə bilməyən insanların hissləri və fikirləri üzərindəki hökmranlıqdan bəhs olunur. Əsərin əsas qəhrəmanı Uinston Smitdir. O, Həqiqət Nazirliyində işləyir və tarixin təbliği işlərinə baxır.

Lakin Uinston hakim partiyaya nifrət edir və Böyük Qardaşa qarşı çıxır. “1984” romanı ilk dəfə 1949-cu ildə çap olunub. Əsər antiutopiya janrında qələmə alınıb və bu janrın əsas məhsullarından biri hesab olunur.

Rüstəm


Müəllif: