Müğənni və blogger Mehin Hümbətova açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Mehin Hümbətova "Giveway" yarışmasında iştirak etməklə başına iş açıb: "Bir müddət əvvəl profilimin daha geniş auditoriya qazanması üçün "Giveway" yarışmasına sponsor kimi qatıldım. Heç də az məbləğ ödəmədim. Bu məbləğin qarşılığında həmin dırnaqarası səhifədən on minlərlə saxta profil yüklənib. Bu profillər nəticəsində səhifəmin aktivliyi düşüb. Paylaşdığım postu izləyicilərimin on faizi görür.
Sadəcə demək istəyirəm ki, kimliyindən, statusundan asılı olmayaraq heç kimə güvənib, onların "Giveway" yarışmasına qoşulmayın. O yarışmaya qoşulduğum üçün təəssüf edirəm. İnsan pulu qazananda vicdanla qazanmalıdır.
Fırıldaqçılarla pul qazanmaq asandır. Bəs, onu yemək necə? İnsanları aldadaraq hissləri ilə oynamaq, ciblərinə girmək də bir bacarıq tələb edir".