22 Noyabr 2014 22:31
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı son vaxtlar Qərbdə törədilən bir sıra partlayışlara görə, məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com-un RİA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, İŞİD təmsilçiləri bilavaitə üç terror hadisəsində iştirakçı olduqlarını rəsmi şəkildə bəyan ediblər.

24 sentyabrda Melburnda iki polisin yaralanması ilə nəticələnən hücum, Ottavada 22 oktyabrda fəxri qarovul bölüyünün əsgərinin qətli və Nyu-Yorkda 23 oktyabrda polislərə hücum İŞİD-in məsuliyyətini öz üzərinə götürdüyü silahlı insdentlər sırasındadır:

“Bütün hücumlar Şeyxin (terror təşkilatının sözçüsü Əbu Məhəmməd Əl-Adnani nəzərdə tutulur) çağırışların birbaşa nəticəsi idi. Bununla sübut etdik ki, barıt çəlləyini Qərbin istənilən ölkəsində alışdıra bilərik. Burada yalnız əlverişli məqamı gözləmək kifayət edir”.

Nail Cəlil


Müəllif: