Xalq artisti Röya Ayxan Xəzər televiziyasındakı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan bu sözləri deyib:
"Gündə dörd-beşə dəfə paltar dəyişirəm. Elə olur ki, liftdə aşağı düşürəm, özümə baxıram və deyirəm ki, toy mərasiminə belə getmirəm. Yenidən gedib paltarımı dəyişirəm. Bu mənim gündəlik həyatımdır. Evdən çıxıb işlərimi gördüm, saat beş-altıda başqa paltar geyinməliyəm ki, əhvalım düzəlsin".