17 Mart 2022 16:36
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyatımın ən özəl günü də, ən yaddaqalan anı da məhz sizlərlə birgə keçirdiyim zamandır. Bu Vətən, bu torpaq üçün özünü fəda edən, övladlarının üzünü görmədən həyatla vidalaşan ömür-gün yoldaşlarınızın xatirəsi bizim ən böyük and yerimiz, əmanət balalarınız bizim hər birimizin ən doğması, əzizidir. Sizin qəlbinizə düşən qor, can yanğısı hər birimizin dərdi, hər birimizin ağrısıdır. Azadlıq uğrunda şəhid oğulun anası bizim baş tacımız, qürur yerimizdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva şəhid ailələri ilə növbəti görüşündə deyib.

Doğum gününü və çərşənbə axşamını beş şəhid ailəsini ziyarətlə qeyd edən Ruhi Əliyeva “öncədən də söz verdiyim kimi mən bundan sonrakı bütün əlamətdar günlərimi şəhid ailələri, şəhid balaları ilə birgə keçirəcəm”,-deyə bildirib.

Ruhi Əliyeva qeyd edib ki, şəhid ailələri qürur yerimizdir: "Cəmiyyətimizin ən həssas təbəqəsi, diqqətəlayiq olan bu ailələri ziyarət etmək mənəvi borcumuzdur. Əlim yetsəydi, fiziki olaraq imkanım çatsaydı bütün şəhid ailələrini ziyarət edər, dərdlərinə yetişər, hər birinin içindən şəhid baxışları boylanan bu balaların qayğısına qalardım. Vətənimiz üçün, bizlər üçün, gələcəyimiz üçün canlarını fəda edən bütün şəhid ailələrinə içdən dua edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər