14 May 2022 10:34
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sevgiyə əhəmiyyət vermirəm və heç vaxt eşq yaşamamışam”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin məşhur aktrisası Dilarə Aksüyek deyib.

Aktrisa qeyd edib ki, bu sözlərə görə tənqidlə üzləşəbilər, amma dürüst olmaqdan vaz keçmək istəmir:

“Açığı, sevgi çox dəyər verdiyim hiss deyil. Əksər insanlardan fərqli olaraq bu, yaşamaqdan həzz aldığım bir hiss deyil. Mən ötüb keçən duyğulara çox önəm verən insan ola bilmərəm. Mənə elə gəlir ki, çox gözəl ətir kimi qoxusundan dayana bilməsən də o, uçub gedir. Bəlkə də ona görə aşiq ola bilmirəm.

Bəlkə də sevgi deyə bir şey var, bilmirəm. Mən heç vaxt aşiq olmamışam”.


Müəllif: Yeganə Oqtayqızı