Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin münsif heyətini tənqid edib.
Teleqraf.com xəbər verir ki, Oqtay Əliyev Faiq Ağayevin "Avroviziya-2022" yarışmasında Azərbaycan milli münsif heyətinin sədri olmaq çox maraqlı, zövqlü və məsuliyyətli idi" şərhinə münasibət bildirib.
O, müsabiqənin münsif heyəti haqda "Faiq Ağayevdən başqa hamısı bu müsabiqəyə dəxlisiz adamlardır", - deyə qeyd edib.
Oqtay Əliyev daha sonra Nadir Rüstəmlinin müsabiqənin final mərhələsində imicinin dəyişməsini sərt tənqid edib: "Təşkilat Komitəsi təcili dəyişməlidir! Səhnə həlli bərbaddır. Performanslar neçə ildir ki, təkrar-təkrar... Əksi ilə boğuşurlar, Fərid Məmmədov, Nadir Rüstəmli. Bir də səhnə tərtibatında pilləkən sevgisi, Aysel Teymurzadə(Adıgözəlzadə), Safura Əlizadə(Əliyeva), Fərid Məmmədov, Nadir Rüstəmli. Mahnı isə pessimist...
Kimsə bu günə kimi İsa Məlikovun uğurlu hit bir mahnısını eşidib? Uğurlu bir layihəsindən xəbəri olan var? Nadir Rüstəmlinin bu mərhələdə hansı ağıllı saçını qırxdırıb?
Xarizma yox olmuşdu. Səsdəki performansları bundan min dəfə baxımlı idi".