18 May 2022 13:29
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan ARB televiziyasında yayımlanan "Səni axtarıram” verilişində tamaşaçılara müraciət edərək maddi yardım istəyib.

Teleqraf.com xəbər verir ki, həmkarı Nüşabə Ələsgərli Elza Seyidcahana canlı efirə zəng edərək dəstək olduğunu açıqlayıb: “Verilişi xalq artisti Brilliant Dadaşova da izləyir. Hər ikimiz Elza xanıma dəstəyik. Bizim sənət adamlarının xətrinə dəyən o oldu ki, deyirlər, niyə Elza Seyidcahana yardım etmirlər? Biz Elza xanımın yanıdayıq, onu sevirik. Xahiş edirəm, onu orada təkləməyin.

Elza Seyidvahanın mahnılarını Brilliant Dadaşova, mən ifa edirəm. Elza xanımın arxasındayıq. Mən Elza xanıma 1000 manat kömək edirəm".

Aparıcı Xoşqədəm Hidayətqızı isə Elzaya lazım olan puldan 16 min manat qaldığını deyib.

Elza Seyidcahan problemini həll etdikdən sonra pulları geri qaytaracağını bildirib.

Qeyd edək ki, Elza Seyidcahanın anası Seyidcahan Əhmədova obyektini 6 il öncə icarə kimi keçmiş yol polisi əməkdaşları olan Faiq və Fərid Azayev qardaşlarına verib. Sonradan obyekti onlardan ala bilməyib. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Elza Sehidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə verilişə müraciət edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər