19 May 2022 12:36
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli teleaparıcı Fulya Öztürk Azərbaycanla bağlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Fulya Öztürk İnstaqram hesabında "Vətəndən pay olmayır" mahnısını paylaşaraq "İndiyə qədər dinlədiyim ən gözəl Vətən dərsi...", - deyə qeyd edib.

Mahnını əməkdar artist Aybəniz Haşımova "Bülbüllər" qrupu və Sənət Akademiyasının tələbələri ilə ifa edib.

Mahnının sözləri Cabir Novruzun, musiqisi isə Faiq Sücəddinovundur.

Videonu təqdim edirik.

Qeyd edək ki, Fulya Öztürk FOX TV-nin "Umudun olsun" verilişinin aparıcısıdır.


Müəllif: Rəqsanə Həsənova